Peskov: Rusiya və ABŞ Kallasla heç bir müzakirə aparmayacaq
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, nə Rusiya, nə də Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla hər hansı məsələnin müzakirəsini planlaşdırır.
Crossmedia.az bu barədə rus mediasına istinadən xəbər verir.
Onun sözlərinə görə, hazırda gözləmək lazımdır ki, Kallas vəzifəsindən getsin.
Peskov Avropada hakimiyyətdə olan siyasətçilərin peşəkarlıq səviyyəsinin aşağı düşdüyünü vurğulayaraq, bunu “açıq-aşkar siyasi deqradasiya” kimi qiymətləndirib.
Kremlin sözçüsü qeyd edib ki, Rusiya Ordusu “Qızıl günbəz” hava hücumundan müdafiə sisteminin Qrenlandiyada yerləşdirilməsi ehtimalını diqqətlə təhlil edəcək. Onun fikrincə, Avropa Rusiya enerjisindən asılılıqdan qurtulsa da, nəticədə ABŞ-dan asılı vəziyyətə düşüb.
Dmitri Peskov Qrenlandiyanın Rusiyanın strateji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O, həmçinin Kanada ilə ABŞ Prezidenti Donald Tramp arasında yaranmış münaqişənin Ottava üçün ciddi problemlərə səbəb olacağını qeyd edib.
19:41 25.01.2026
Oxunuş sayı: 384