ABŞ və Ukrayna Donbasda neytral qoşun və silahsız zona məsələsini müzakirə edib
ABŞ və Ukrayna BƏƏ-də keçirilən danışıqlar zamanı Donbasda neytral ölkələrdən qoşunların yerləşdirilməsi və ya silahsızlaşdırılan zonanın yaradılması məsələsini müzakirə ediblər.
Crossmedia.az " NYT"-a istinadən xəbər verir ki, Rusiya isə ötən yay Alyaska sammitində Tramp və Putin arasında əldə edilən razılaşmadan kənara çıxan hər hansı bir ərazi razılaşmasını rədd edib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov danışıqlar barədə ətraflı məlumat verməkdən imtina edib, lakin nümayəndə heyətinin Alyaskada əldə edilən razılaşmalara uyğunluğun təmin edilməsi üçün səy göstərdiyini bildirib.
Türkan Kərimli
17:55 25.01.2026
Oxunuş sayı: 545