ABŞ-də hökumətin bağlanma riski artır
ABŞ-də gələn həftənin əvvəlində federal hökumətin qismən bağlanması (shutdown) baş verə bilər.
Crossmedia.az "CNN"-ə istinadən xəbər verir ki, Senatdakı demokrat senatorlar Minneapolisdə federal sərhəd patrulu agenti tərəfindən bir şəxsin öldürülməsi ilə bağlı artan narazılıq və Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) maliyyələşdirilməsinə dair xərclər qanun layihəsini bloklamağı planlaşdırırlar.
Bu addımın gələn həftə hökumətin xərclərinin təsdiqlənməsini gecikdirə və nəticədə qismən hökumət bağlanma ehtimalını xeyli artıracağı bildirilir. Senatın yanvarın 30-na qədər federal xərclər paketini qəbul etməsi lazımdır; demokratların DHS-ə ayrılmış vəsait ətrafında etirazları bu prosesi çətinləşdirir.
17:39 25.01.2026
Oxunuş sayı: 461