İsrailli sabiq komandir: İran rejiminin sonu yaxınlaşır
İsrail təhlükəsizlik qüvvələrinin keçmiş zabiti və əməliyyat komandiri Segio Osulin jurnalist Yonatan Vaysə müsahibəsində İran rejiminin süqutunun yaxınlaşdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Osulin Donald Trampın prezidentliyinin sonuna qədər İran rejiminin zəifləməsinin mümkün olduğunu vurğulayıb. O, bölgədə baş verən proseslərin təsadüfi olmadığını və hadisələrin müəyyən istiqamətdə inkişaf etdiyini qeyd edib.
Sabiq komandirin sözlərinə görə, İran rejiminin zəifləməsində üç əsas amil həlledici rol oynayır:
ABŞ-nin hərbi əməliyyatlara real hazırlığı, İsrailin baş naziri Benyamin Netanyahunun “zirvə strategiyası”, İran xalqı üzərində artan daxili sosial və siyasi təzyiq.
17:20 25.01.2026
Oxunuş sayı: 373