ABŞ “Tomahawk” raketlərini modernləşdirir və genişləndirir
ABŞ Hərbi Dəniz Qüvvələri “Tomahawk” raket proqramını genişləndirmək üçün 380,8 milyon dollar vəsait ayırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu vəsait raketlərin sertifikatlaşdırılması, modernləşdirilməsi, ehtiyat hissələri və modul təkmilləşdirmələrini əhatə edir. “Tomahawk”lar ABŞ gəmilərindən və sualtı qayıqlardan atıla bilən uzaq mənzilli qanadlı raketlərdir və GPS-inertial naviqasiya sayəsində 1600–1800 kilometr məsafədə hədəfləri dəqiq vurmaq imkanına malikdir.
Məlumata görə, raketlərin təkmilləşdirilmiş idarəedici sistemləri sabit hərbi və infrastruktur hədəflərinə dəqiq zərbələr endirməyə imkan verir və Yaxın Şərqdə, o cümlədən İranın bəzi bölgələrindəki hədəflərə çata bilər.
16:55 25.01.2026
Oxunuş sayı: 438