Trampın qızı olduğunu iddia edən Necla Özmen: Bacılarım məni evdən çıxarmaq istəyir
ABŞ Prezidenti Donald Trampın qızı olduğunu iddia edən Necla Özmen ailədaxili mübahisələr və məhkəmə prosesi ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Özmen bacılarının ona qarşı iddia qaldırdığını və evdən çıxarmaq istədiklərini bildirib. Onun sözlərinə görə, anasının dediklərinə inanır və bacıları ilə münasibət qurmaq niyyətində deyil.
Necla Özmen qeyd edib ki, üç bacısı var, lakin onlarla əlaqə istəmir. O əlavə edib ki, iki əlilliyi olan şəxsə baxmaq məsuliyyəti də anasının üzərinə qoyulub.
Özmen məsələnin hüquqi müstəvidə davam etdiyini və yaxın vaxtlarda prosesin daha da aydınlaşacağını vurğulayıb.
Qeyd edək ki, Necla Özmen 25 sentyabrda Ankara 27-ci Ailə Məhkəməsinə müraciət edərək bioloji atasının ABŞ Prezidenti Donald Tramp olduğunu iddia edib. O, özünün başqa bir ailənin övladı kimi qeydiyyata alındığını, həqiqəti isə onu böyüdən ananın illər sonra açıqladığını bildirib. Özmen atalığın müəyyən edilməsi üçün məhkəmədən DNT testi keçirilməsini tələb edib.
15:52 25.01.2026
Oxunuş sayı: 406