Dövlət Baxçalıdan kürdlərlə bağlı - bu qurum kürdləri təmsil etmir!
MHP lideri Dövlət Baxçalı Suriyadakı kürdlər və Suriya Demokratik Qüvvələri (SDF) ilə bağlı açıqlama verib. Baxçalı bildirib ki, Suriya kürdləri ilə SDF eyni anlayış deyil və SDF Suriya kürd vətəndaşlarını təmsil etmir.
Crossmedia-az xəbər verir ki, onun sözlərinə görə, Şaranın kürd dili və mədəniyyəti ilə bağlı imzaladığı fərman Suriya kürd vətəndaşları üçün müsbət nəticələr vəd edir və bu addım SDF-yə verilmiş hər hansı güzəşt kimi qiymətləndirilməməlidir.
Dövlət Baxçalı həmçinin SDF-nin muxtariyyət və ya federasiya tələblərini tənqid edib. O vurğulayıb ki, bu cür israrlar bölgədəki real sosial-siyasi vəziyyətlə ziddiyyət təşkil edir və münaqişənin davam etməsi heç bir tərəf üçün faydalı deyil.
MHP liderinin fikrincə, SDF-nin kürdlərin yaşamadığı ərazilərə belə iddia irəli sürməsi qəbuledilməzdir və bölgədə yeni gərginliklərə yol aça bilər.
21:17 18.01.2026
Oxunuş sayı: 1258