İran səfirliyinin qarşısında etiraz edənlər saxlanılıb
İranda baş verən hadisələrə etiraz edən iranlılar yenidən İrəvanda İran səfirliyi qarşısında aksiya keçiriblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Aksiya iştirakçıları yürüş edərək Göy Məscidə doğru hərəkət etmək istəsələr də, polis buna icazə verməyib. Yürüş keçirməyə cəhd göstərən bir neçə etirazçı polis tərəfindən saxlanılıb.

Bundan sonra etirazçılar oturaq aksiyaya başlayıblar. Polis səfirlik qarşısında aksiyanın dayandırılmasını tələb edib və əks halda güc və xüsusi vasitələrdən istifadə ediləcəyi barədə xəbərdarlıq edib.
İrəvandakı etirazçılar İranda qan tökülməsinin dayandırılmasını, eləcə də dini liderlərin istefasını tələb edirlər.
Qeyd edək ki, daha əvvəl İranın Ermənistandakı səfiri Xəlil Şirqolami səfirlik binası qarşısında son günlər keçirilən etiraz aksiyalarından narazılığını ifadə etmişdi. Onun sözlərinə görə, Tehranda “Ermənistanın İrana düşmən mövqedə olan qüvvələrin fəaliyyət mərkəzinə çevrildiyi” barədə təsəvvür formalaşır.
Sevinc Yarməmmədova
16:34 17.01.2026
Oxunuş sayı: 1499