Spikerin kürəkəni məhkəməyə çıxarılır
Ermənistan parlamentinin spikeri Alen Simonyanın kürəkəni, Ani Gevorgyan İqtisadiyyat Nazirliyində korrupsiya iddiaları ilə bağlı işi üzrə məhkəməyə çağırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin aprelində Alen Simonyan bildirib ki, onun kürəkəni vəziyyətin sakitləşməsi üçün günahını etiraf etməyə məcbur olub. İstintaq məlumatına görə, 2024-cü il yanvarın 31-də spikerin qardaşının həyat yoldaşı da daxil olmaqla yeddi nəfər həbs edilib və fevralın 1-də iki aylıq həbs qərarı çıxarılıb.
Belə ki, 2024-cü il fevralın 12-də Baş Prokurorluq A. Gevorgyanı girov müqabilində azad edib. Eyni gündə Alen Simonyan bildirib ki, kürəkəninin günahsız olduğuna əmindir, iş materialları ilə tanış olub, lakin məhkəmə prosesinə müdaxilə etməyi planlaşdırmır.
Fatimə Məmmədova
16:50 17.01.2026
Oxunuş sayı: 1805