Karakasda qapalı görüş: ABŞ-dən Venesuelaya gözlənilməz addım
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Retkliff prezident Donald Trampın göstərişi ilə Venesuelanın paytaxtı Karakasa səfər edərək ölkənin müvəqqəti prezidenti Delsi Rodrigez ilə görüş keçirib.
Crossmedia.az bu barədə BBC-yə istinadən xəbər verir.
İki saat davam edən görüş ABŞ-nin təxminən iki həftə əvvəl həyata keçirdiyi və Venesuelanın sabiq prezidenti Nikolas Maduronun tutulması ilə nəticələnən “Mütləq Qətiyyət” əməliyyatından sonra tərəflər arasında etimadın bərpası və birbaşa ünsiyyətin qurulması məqsədi daşıyıb.
Məlumata əsasən, görüş zamanı regional təhlükəsizlik məsələləri, ABŞ–Venesuela münasibətlərinin gələcək perspektivləri və mümkün diplomatik təmasların davam etdirilməsi müzakirə olunub.
BBC qeyd edir ki, bu görüş Vaşinqtonun Karakasla münasibətlərdə yeni mərhələyə keçmək niyyətindən xəbər verir və son illər gərgin olan əlaqələr fonunda mühüm siyasi hadisə kimi qiymətləndirilir.
Aytac Baxışova
14:15 17.01.2026
Oxunuş sayı: 1710