ABŞ-Ukrayna danışıqları bu tarixdə keçiriləcək
Ukraynanın ABŞ-dəki səfiri Olha Stefanişina ABŞ–Ukrayna danışıqlarının yanvarın 17-də Mayami şəhərində keçiriləcəyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səfirin sözlərinə görə, görüşdə Ukrayna tərəfini bir sıra yüksəkvəzifəli rəsmilər təmsil edəcək. Danışıqlarda Rüstəm Umerov, Kirilo Budanov və hakim fraksiyanın lideri David Araxamiya iştirak edəcəklər.
Məlumata görə, görüş zamanı təhlükəsizlik məsələləri, ikitərəfli əməkdaşlıq və regional proseslər ətrafında fikir mübadiləsinin aparılması gözlənilir. ABŞ–Ukrayna danışıqları iki ölkə arasında strateji tərəfdaşlıq fonunda xüsusi əhəmiyyət daşıyır.
Kübra Musayeva
13:14 17.01.2026
Oxunuş sayı: 1254