Tramp: Qasım Süleymani ABŞ üçün ciddi təhlükə idi
ABŞ prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin öldürülməsi ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, Süleymani sağ qalsaydı, ABŞ-ın İranda bu səviyyədə uğur qazanması mümkün olmazdı. Onun sözlərinə görə, Qasım Süleymani regionda həyata keçirilən çoxsaylı silahlı fəaliyyətlərin əsas simalarından biri olub.
ABŞ prezidenti qeyd edib ki, Süleymani yolkənarı partlayıcı qurğuların (IED) hazırlanması və yayılmasının başlıca təşəbbüskarlarından sayılırdı. Bu partlayıcılar nəticəsində minlərlə insanın həyatına ciddi zərər dəyib.
Trampın sözlərinə görə, həmin hücumlar zamanı bir çox gənc ağır xəsarətlər alıb, bəziləri əolub, digərləri isə ömür boyu davam edən sağlamlıq problemləri ilə üzləşib.
ABŞ prezidenti Qasım Süleymanini “İranın simvol fiqurlarından biri” adlandıraraq, onun fəaliyyətlərinin Yaxın Şərqdə qeyri-sabitliyin artmasına səbəb olduğunu vurğulayıb.
13:01 17.01.2026
Oxunuş sayı: 1621