Zarafat arxasında həqiqət: Moskva metrosunda sərnişinləri necə "ovutdular"?
Moskva meri Sergey Sobyanin Rusiya Prezidenti Vladimir Putinlə söhbəti zamanı paytaxt sakinlərinin metroya alışdırılması prosesinin maraqlı detallarını bölüşüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verib. Sobyaninin sözlərinə görə, ilk dövrlərdə insanların yeraltı nəqliyyatdan qorxusunu azaltmaq üçün xüsusi psixoloji üsullara əl atılıb. O bildirib ki, vaqonlarda rahat və yüksək səviyyəli oturacaqlar quraşdırılıb, gərginliyi azaltmaq məqsədilə patifon yerləşdirilib və musiqi səsləndirilib. Mer qeyd edib ki, həmin illərdə sərnişinlər yeraltında “şeytanlardan qorxduqları” üçün vaqonlarda siqaret çəkməyə də icazə verilib.
Vladimir Putin isə bu fikirlərə zarafatla reaksiya verərək, siqaretə icazənin “qovmaq üçün” olduğunu deyib və əlavə edib: “Düzdür, qovmaq lazımdır. Biz hamısını qovacağıq”.
Söhbətin sonunda Sergey Sobyanin mövzunu yumorla davam etdirərək, “kaş bir də içki də versəydik” ifadəsini işlədib.
Qeyd edək ki, dialoq qeyri-rəsmi və zarafatla müşayiət olunan üslubda keçsə də, Moskva metrosunun tarixində sərnişinlərin psixoloji rahatlığına nə qədər önəm verildiyini göstərən maraqlı bir epizod kimi diqqət çəkib.
Sevinc Yarməmmədova
10:45 17.01.2026
Oxunuş sayı: 1641