Makron Yelisey sarayında gün eynəyi ilə göründü
Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında keçirilən görüşlərin birində gün eynəyi ilə ictimaiyyət qarşısına çıxıb. Bu hal medianın və iştirakçıların diqqətini çəkib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, Makron görüş zamanı üzr istəyərək vəziyyətə aydınlıq gətirib. O bildirib ki, sağlamlığı ilə bağlı xırda bir problem səbəbindən gün eynəyi taxmağa məcburdur və bu vəziyyət bir müddət davam edəcək. Fransa prezidenti bunun ciddi narahatlıq doğurmadığını, müvəqqəti xarakter daşıdığını vurğulayıb.
Yelisey sarayından verilən qeyri-rəsmi məlumatlarda da qeyd olunur ki, dövlət başçısının səhhəti stabildir və o, gündəlik iş qrafikini tam şəkildə davam etdirir. Hadisə rəsmi protokol baxımından qeyri-adi görünsə də, Makronun izahı məsələ ətrafında yaranan suallara aydınlıq gətirib.
Fransa mediası yazır ki, prezidentin açıq və birbaşa açıqlaması cəmiyyətdə hər hansı narahatlığın qarşısını almağa hesablanıb və hadisə dövlət başçısının sağlamlıq durumuna dair əlavə risklər yaratmır.
Sevinc Yarməmmədova
10:40 17.01.2026
Oxunuş sayı: 1261