Venesuelalı müxalifət lideri Maria Korina Maçado ölkə prezidenti Nikolas Maduronun “oğurlanması” ilə bağlı açıqlama verərək ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Maçado bildirib ki, Trampın atdığı addım böyük cəsarət tələb edirdi. “Biz prezident Trampa, onun administrasiyasına və ABŞ xalqına çox minnətdarıq. Onun etdiklərini etmək böyük cəsarət tələb edirdi. O, bunu təkcə Amerika xalqı adından deyil, həm də Venesuela xalqının qayğısına qaldığı üçün etdi”, – deyə o vurğulayıb.
Açıqlama Venesuelada mövcud siyasi vəziyyət və ölkə ətrafında gedən beynəlxalq proseslərlə bağlı müzakirələri daha da gücləndirib.
Kübra Musayeva