Tramp Yəməndəki münaqişəni dayandırmağa hazır olduğunu açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Yəməndə davam edən münaqişənin dayandırılmasına hazır olduğunu bəyan edib.
Crossmedia.az-ın məlumatına görə, o, Böyük Britaniyanın "The Daily Mail" nəşrinə verdiyi müsahibədə bildirib ki, Yəməndəki qarşıdurma ABŞ-nin üzləşə biləcəyi növbəti müharibə ola bilər. “Düşünürəm ki, bu, bizim üzləşməli olacağımız başqa bir müharibədir. Biz bunu doqquzuncu müharibə edəcəyik”, – deyə Tramp vurğulayıb.
Trampın sözlərinə görə, Vaşinqton yeni genişmiqyaslı hərbi qarşıdurmada iştirak etmək istəmir və münaqişənin siyasi-diplomatik yollarla həllinə üstünlük verir. Onun bu açıqlaması Yəməndə uzun müddətdir davam edən müharibənin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Qeyd edək ki, Yəməndəki münaqişə regionda humanitar böhrana səbəb olan ən ağır qarşıdurmalardan biri hesab olunur.
Kübra Musayeva
10:15 17.01.2026
Oxunuş sayı: 1452