Rusiya və Ukrayna razılığa gəldi
Ukrayna və Rusiya Zaporoje Atom Elektrik Stansiyası (AES) ətrafında lokal atəşkəsə razılaşıblar.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi məlumat verib.
O qeyd edib ki, atəşkəsin məqsədi sonuncu mövcud ehtiyat enerji xəttinin təmirinə başlamaqdır. Təmir işləri enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün vacib hesab olunur.
Kübra Musayeva
10:11 17.01.2026
Oxunuş sayı: 1762