Qəzzada yeni idarəetmə dövrü başlayır: mühüm postun sahibi AÇIQLANDI
Qəzza zolağı üzrə Milli İdarəetmə Komitəsinə Fələstin Milli Hakimiyyətinin nümayəndəsi, sənaye zonalarının inkişafı üzrə keçmiş nazir müavini Əli Şaat rəhbərlik edəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, yeni komitənin əsas məqsədi Qəzza zolağında idarəetmənin təşkili, iqtisadi və sənaye infrastrukturunun bərpası, həmçinin beynəlxalq layihələrin koordinasiyası olacaq.
Qeyd olunur ki, Əli Şaatın sənaye zonalarının inkişafı sahəsindəki əvvəlki fəaliyyəti Qəzzada iqtisadi dirçəliş və idarəetmə mexanizmlərinin formalaşdırılması baxımından mühüm təcrübə kimi qiymətləndirilir.
Kübra Musayeva
10:08 17.01.2026
Oxunuş sayı: 1789