TƏCİLİ: Pentaqon İrana yaxın bölgəyə əlavə hərbi qüvvələr yerləşdirir
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yaxın günlərdə İrana yaxın ərazilərdə yerləşən hərbi bazalara əlavə qırıcı eskadrilyaları və hava hücumundan müdafiə sistemləri göndərməyə başlayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Məlumata görə, ABŞ bir həftə ərzində regiona çata biləcək aviadaşıyıcı zərbə qrupunu da Yaxın Şərqə yönəldir. ABŞ Hərbi Hava Qüvvələri və raketdən müdafiə sistemləri əsasən Fars körfəzindəki Amerika bazalarında yerləşdiriləcək. Hazırda bu bölgədə ABŞ-nin təxminən 30 min hərbçisi var.
Bununla yanaşı, Yaxın Şərq istiqamətində ABŞ-nin strateji hərbi-nəqliyyat aviasiyasının uçuşlarında da artım qeydə alınıb. Son 24 saat ərzində ən azı 14 ağır nəqliyyat təyyarəsi- C-17A və KC-767A- regiona uçuş həyata keçirib.
Qeyd edək ki, hərbi aktivlərin bölgəyə köçürülməsi ABŞ prezidenti Donald Trampa gələcəkdə İrana mümkün zərbə endirmək üçün əlavə imkanlar yaradır, əgər belə bir qərar qəbul edilərsə.
Fatimə Məmmədova
09:41 17.01.2026
Oxunuş sayı: 1326