Rusiyada “Soyuğun Qütbü – Oymyakon” marafonu keçirilir
Rusiyanın uzaq şərqində VII “Soyuğun Qütbü – Oymyakon” ekstremal marafonu təşkil olunub. Belə ki, qaçış yarışı Şimali yarımkürənin Soyuq Qütbünün Oymyakon çökəkliyində yerləşməsi barədə ilk elmi fərziyyəni irəli sürmüş tədqiqatçı Sergey Obruchevin rəhbərlik etdiyi İndigirka ekspedisiyasının 100 illiyinə həsr edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Marafon, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin tərəfindən elan edilmiş “Rusiya xalqlarının birliyi ili” çərçivəsində keçirilir
Məlumata görə, yarış yanvarın 16–17-də Yakutiya (Saxa Respublikası) ərazisində yerləşən Oymyakon rayonunda baş tutur.
Qeyd edək ki, Oymyakon dünyanın ən soyuq yaşayış məntəqələrindən biri hesab olunur və bu marafon ekstremal hava şəraitində keçirilməsi ilə seçilir.
Fatimə Məmmədova
09:22 17.01.2026
Oxunuş sayı: 1337