Avropa ölkələri ABŞ istehsalı olan hərbi təyyarələrlə ABŞ-yə siyasi və hərbi mesaj göndərib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Danimarkaya məxsus iki ədəd F-35 qırıcı təyyarəsi və Fransaya aid bir tanker təyyarəsi Qrenlandiyanın cənub-şərqində planlaşdırılan birgə təlim missiyasını uğurla başa çatdırıb. Təlim çərçivəsində hava yanacaq doldurma və koordinasiyalı uçuş manevrləri icra olunub. Müşahidəçilər bu missiyanı Avropanın Arktika regionunda hərbi mövcudluğunu və strateji imkanlarını nümayiş etdirməsi kimi qiymətləndirir.
Kübra Musayeva