İsraildən ŞOK ETİRAF: Biz buna davam edəcəyik
İsrailin müdafiə naziri İsrael Kats ordunun atəşkəsə baxmayaraq Qəzzada tikililərin dağıdılmasını davam etdirdiyini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
O bildirib ki, məqsəd HƏMAS-ın yaşayış evlərinin və digər binaların altında qurduğu tunel şəbəkəsini məhv etməkdir.
Kats qeyd edib ki, İsrail Qəzza sakinlərinin evlərinin altında və onların üzərindəki bütün binalarla birlikdə HƏMAS tərəfindən yaradılmış ölümcül yeraltı terror infrastrukturunu məhv etməyi hədəfləyir.
“Biz bunu etmişik və bunu etməyə davam edəcəyik. İsrailin təhlükəsizliyini təmin etməkdə qətiyyətliyik”, – o yazıb.
Nazir, həmçinin İsrail Müdafiə Qüvvələrinin hərbçilərinin fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb.
09:07 17.01.2026
Oxunuş sayı: 1641