Qrenlandiya: qlobal güclərin diqqət mərkəzində olan buzlaqlar arasındakı ada
Qrenlandiyanın hava şəraiti turistlər üçün həm sirli, həm də heyrətamizdir. Adanın cənub və qərb sahillərində iqlim nisbətən mülayimdir. Yay aylarında günəş və ilıq su axınları ilə temperatur daha yumşaq olur, qışda isə güclü küləklər havanı birdən 30–40°C qədər isinməsinə səbəb ola bilir. Şimal sahillərdə tamamilə arktik iqlim hökm sürür, mərkəzi buzlaqlarda temperatur −60°C-yə qədər düşə bilər və il boyu buzlaqlar adanın böyük hissəsini əhatə edir. Hər mövsüm fərqli təcrübələr təqdim edən bu iqlim Qrenlandiyanı həm qorxuducu, həm də cazibədar edir.
Adanın cənub və qərb sahillərində nisbətən mülayim dəniz iqlimi hökm sürür, burada qısa çəmənliklər mövcuddur. Şimal sahillər tamamilə arktik iqlimə malikdir, ilin böyük hissəsində buzlaqlar əhatə edir. Qış aylarında mərkəzi buzlaqlarda temperatur −60°C-yə qədər düşə bilər, sahilboyu ərazilərdə isə orta temperatur −7°C-dir. Güclü küləklər və təbiət hadisələri isə havanı bir anda 30–40°C qədər isinməsinə səbəb ola bilir ki, bu da turistlər üçün unikal təcrübədir. Yay aylarında isə temperatur bir qədər yüksəlir, cənub və qərb sahillərində günəş və ilıq su axınları ilə iqlim daha yumşaq olur, bu da adanı kəşf etmək üçün ideal şərait yaradır.
Coğrafiya və əhali
Qrenlandiya dünyanın ən böyük adası və təbiət möcüzəsi olaraq səyahətçilərin xəyalını çəkir. Adanın adı “yaşıl yer” olsa da, əslində burada buzlaqlar və aysberqlərin hökm sürdüyü bir aləm var. X əsrdə vikinqlər sahilboyu ərazilərdəki məhdud çəmənlikləri görəndə adını belə qoymuşdular. Bugün adanın təxminən 81%-i qalın buz örtüyü ilə əhatəlidir və bəzi yerlərdə buz qatının qalınlığı 3 kilometrə çatır.
Coğrafi olaraq Qrenlandiya Şimal Atlantik və Şimal Buzlu okeanı arasında yerləşir, cənub-şərqdə İslandiyadan Davis Boğazı və Baffin Dənizi ilə, şimal-şərqdə isə Svalbarddan ayrılır. Ada Danimarkanın muxtar bölgəsi olsa da, əhalinin böyük hissəsini inuitlər təşkil edir və yaşayış yerləri əsasən sahilboyu kəndlərdə cəmləşib. Əhalinin bir qismi isə danimarkalıdır və adanın iqtisadiyyatı əsasən balıqçılıq və turizmə əsaslanır.
Səyahət və turizm
Qrenlandiyaya səyahət etməzdən əvvəl bilmək vacibdir ki, adaya birbaşa uçuşlar çox məhduddur. Səyahətçilər üçün ən əlverişli yol, İslandiyanın paytaxtı Reykyavik üzərindən tranzit uçuşlarla adaya çatmaqdır.
Səyahət zamanı ziyarət edilməli yerlərin başında paytaxt Nuuk gəlir. Bu şəhər həm infrastruktur baxımından, həm də kafe və restoranlarla zənginliyi ilə seçilir. Nuukun Köhnə müstəmləkə limanı şəhərin ən qədim hissəsidir və 1721-ci ildə danimarkalı missioner Hans Egede tərəfindən qurulub. Limanın arxasında yerləşən Qrenlandiya Milli Muzeyi isə adanın 4500 ildən artıq olan tarixini əks etdirən eksponatlara malikdir; buraya Arktik Daş dövrü mədəniyyətləri, Norse koloniyaları və Thule mədəniyyəti daxildir.
Adanın təbiətini kəşf etmək üçün Ilulissat fyordu mütləq ziyarət edilməlidir. Disko körfəzində yerləşən bu buz fyordu 2004-cü ildə YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilib. Burada aysberqlər buzlaqlardan ayrılıb suya düşür və bəzən bir kilometrə qədər hündürlükdə qalırlar. Qrenlandiyada həmçinin şimal işıqlarını görmək imkanı var. Bu fenomen, yəni avroralar, dekabrdan fevrala qədər ən bariz şəkildə müşahidə olunur.
Qrenlandiya mətbəxi də səyahətçilər üçün xüsusi təcrübə təqdim edir. Sərt iqlim mövcud qida mənbələrini məhdudlaşdırsa da, adanın təzə dəniz məhsulları, quzu və şimal maralı ətləri unudulmaz ləzzət təklif edir. Payızda ovlanan şimal maralı və Cənubi Qrenlandiyanın təsərrüfatlarından gələn quzu, rozmarin və Arktik kəklikotu ilə dadlandırılaraq turistlər üçün təqdim edilir.
Tarixi maraqları olanlar üçün Qrenlandiyada vikinqlərin izi ilə də tanış olmaq mümkündür. Norveç mənşəli Kürən Erik və onun 5.000 digər vikinqləri burada öz məskunlaşmalarını qurmuşdular. Hvalsey fyordu kilsəsi və digər xarabalıqlar turistlərə keçmişin canlı izlərini təqdim edir.
Qrenlandiyada balinaları izləmək də ən unudulmaz təcrübələrdən biridir. Əsasən iyun və iyul aylarında Qeqertarsuaq, Nuuk və Aasiaat kimi şəhərlərdən başlayan turlar, fin və minke balinalarını sahilboyu fyordlarda müşahidə etməyə imkan verir. Bu balinaları görmək üçün xüsusi səy göstərməyə ehtiyac yoxdur, çünki onlar şəhərlər və kəndlər arasında hərəkət edərkən tez-tez ortaya çıxırlar.
Beləliklə, Qrenlandiya həm sərt iqlimi, həm də möhtəşəm təbiəti ilə unikal bir səyahət təcrübəsi təqdim edir.
Tarixi və hakimiyyəti
Təxminən 4–5 min il əvvəl Kanada şimalından gəlmiş inuitlər burada məskunlaşıb. X əsrdə isə Viking kaşifləri, xüsusilə Erik the Red, adanın cənubunda yaşayış məskənləri qurublar. Norse vikinqlərinin izi XV əsrə qədər mövcud olub, sonra isə yoxa çıxıb. 1721-ci ildə Danimarka-Norveç missioneri Hans Egede Qrenlandiyada skandinav nəzarətini bərpa edib və uzun müddətli kolonizasiya prosesi başlayıb. Bu dövrdə Danimarka ticarət monopoliya yaratmaqla adanın iqtisadiyyatına və idarəçiliyinə nəzarət edib. XIX əsrdə Qrenlandiya rəsmi şəkildə Danimarka ərazisi olub və Danimarka idarəsi burada uzun müddət davam edib.
1953-cü ildə Qrenlandiya Danimarka Krallığının bir hissəsi kimi inzibati ərazi statusu aldı və yerli əhali Danimarka vətəndaşlığına daxil edildi. Bu müddətdə Danimarka Qrenlandiyada infrastruktur, məktəb və idarəetmə sistemini formalaşdırıb, lakin yerli inuit icmaları Danimarkanın təsirinin onların mədəni və iqtisadi müstəqilliyinə təsir etdiyini hiss edirdilər.
1979-cu ildə keçirilən referendumla Qrenlandiya geniş muxtariyyət qazandı. Bu, adaya öz parlamenti və hökuməti vasitəsilə daxili işlərə- təhsil, səhiyyə, balıqçılıq və yerli idarəetməyə nəzarət imkanı verdi. 2008-ci ildə keçirilən ikinci referendumla Qrenlandiya daha geniş Self-Government aktını qəbul etdi. 2009-cu ildən qüvvəyə minən bu qanun Qrenlandiyaya mədən resursları, polis, məhkəmə və idxal-ixrac məsələlərində geniş səlahiyyət verdi və müstəqillik üçün referendum keçirmək hüququ qazandırdı.
Hazırda Qrenlandiya Danimarka Krallığının tərkibində özəl bir inzibati bölgədir. Daxili siyasət və yerli idarəetmə Qrenlandiyanın parlamenti hökumət tərəfindən idarə olunur, lakin xarici siyasət, müdafiə və pul siyasəti Danimarka tərəfindən həyata keçirilir. Baş şəhər Nuuk ətrafında əhalinin böyük hissəsi məskunlaşıb, ümumi əhali təxminən 57 min nəfərdir.
Qrenlandiyanın strateji mövqeyi uzun müddətdir beynəlxalq siyasətdə diqqət mərkəzindədir. II Dünya Müharibəsi zamanı nasist Almaniyası Danimarkanı işğal etdikdən sonra ABŞ Qrenlandiyada hərbi bazalar və müşahidə məntəqələri qurmuşdu. Bu baza Pituffik Hava Üssü Soğuk Müharibə dövründə də ABŞ müdafiəsi üçün kritik əhəmiyyət daşıyıb. ABŞ-nin Qrenlandiyaya marağı hazırda da strateji mövqe və zəngin mədən resursları ilə bağlıdır.
Qrenlandiyanın təbii sərvətləri uran, dəmir, nadir torpaq metalları, qızıl, platin, mis, neft və qaz ehtiyatlarını əhatə edir. Nadir torpaq elementləri isə smartfon və televizor ekranları kimi texnologiya məhsullarında istifadə olunur. Bölgənin sərt iqlimi və geniş buz örtüyü resurslardan istifadəni çətinləşdirir, lakin iqlim dəyişikliyi bəzi yataqlara çıxışı asanlaşdırır. Hazırda Qrenlandiyada yalnız bir neçə fəal mədən mövcuddur və bütün mədənçilik fəaliyyətləri muxtariyyət qanunları çərçivəsində məhdudlaşdırılıb.
Qrenlandiyanın siyasi tarixi göstərir ki, ada minilliklər boyu müxtəlif xalqların diqqətində olub, Danimarka kolonial təsirindən sonra müstəqillik və muxtariyyət uğrunda uzun yol keçib. Home Rule və Self-Government aktları Qrenlandiyanı daxili işlərdə daha müstəqil etmiş, lakin müdafiə və xarici siyasət Danimarka ilə ortaq qalmışdır. Bu tarixi kontekst Qrenlandiyanın bugünkü geosiyasi və strateji əhəmiyyətini anlamaq üçün vacibdir.
Qrenlandiya və ABŞ
Qrenlandiya, dünyanın ən böyük adası olaraq, strateji mövqeyi və zəngin təbii sərvətləri ilə diqqət çəkir. Ada təxminən 57 min nəfər əhaliyə ev sahibliyi edir və bu sakinlərin yarısı baş şəhər Nuukda məskunlaşıb. Qrenlandiyanın böyük hissəsi buzlaqlar ilə örtülü olsa da, ada sahilboyu kəndləri və mədəni müxtəlifliyi ilə də maraqlıdır.
ABŞ Prezidenti Donald Tramp bir müddətdir Qrenlandiya ilə bağlı planlarını gündəmə gətirir. O, adanı “çox strateji bir mövqeyə sahib” hesab edir və ABŞ üçün milli təhlükəsizlik baxımından əhəmiyyətli olduğunu vurğulayır. Tramp eyni zamanda iddia edir ki, Qrenlandiya hazırda Rusiya və Çin gəmiləri tərəfindən izlənir və ABŞ-nin bölgədə mövcudluğu vacibdir.
Buna baxmayaraq, Qrenlandiya suverenliyini ABŞ-yə vermək təkliflərini rədd edib. Danimarka Baş Naziri Mette Frederiksen açıq şəkildə bildirib:
"ABŞ-nin Danimarkaya aid heç bir ərazini zəbt etməyə haqqı yoxdur. Bu təhdidi dayandırın".
Dekabr ayında ABŞ-nin Luiziana ştatının qubernatoru Jeff Landry Qrenlandiyaya xüsusi elçi olaraq təyin edilib. Tramp bu addımı izah edərkən deyib ki, ABŞ “milli təhlükəsizliyi üçün Qrenlandiyaya ehtiyac duyur” və “adaya sahib olmalıyıq”.
Qrenlandiya Baş Naziri Jens-Frederik Nielsen isə bölgənin digər ölkələrlə əməkdaşlığa açıq olduğunu, amma bunun yalnız qarşılıqlı hörmət əsasında ola biləcəyini vurğulayıb:
"Öz gələcəyimizi özümüz müəyyən edirik. Qrenlandiya Qrenlandiyalılara məxsusdur və torpağın bütövlüyünə hörmət edilməlidir".
Avropa Komissiyası Prezidenti Ursula von der Leyen də Qrenlandiya və Danimarka ilə tam həmrəylikdə olduqlarını bildirib.
ABŞ-nin marağı və strateji əhəmiyyət
Donald Tramp 2025-ci ilin yanvarından bəri Qrenlandiyaya olan marağını yenidən diqqət mərkəzinə gətirib. ABŞ Prezidenti adanın strateji mövqeyini və zəngin mədən ehtiyatlarını əsas səbəblər kimi göstərir. Tramp Qrenlandiyada nəzarəti təmin etmək üçün güc tətbiq etmə ehtimalını da istisna etmir.
ABŞ-nin bu mövqeyi, NATO üzvü və uzun illər ABŞ ilə yaxın əlaqələri olan Danimarkanı təəccübləndirib. Tramp açıq şəkildə bildirib:
"Bunu həll etməliyik. Qrenlandiyaya milli təhlükəsizlik üçün ehtiyacımız var, mədənlər üçün deyil".
ABŞ Prezidentinin köməkçisi JD Vance isə mart ayında Pituffik Hava Üssünü ziyarət edərək Qrenlandiya xalqını “ABŞ ilə razılığa gəlməyə” çağırıb.
Şimal Qütb İnstitutunun hesabatına görə, son illərdə Çin və Rusiya bölgədə hərbi fəaliyyətlərini artırıb. Hesabatda ABŞ-nin bölgədə daha çox mövcudluq göstərməsi tövsiyə olunur.
Qrenlandiya niyə strateji əhəmiyyətlidir?
ABŞ-nin Qrenlandiyaya strateji marağı yeni deyil.
1951-ci ildə Danimarka ilə imzalanan razılaşma ABŞ-yə Qrenlandiyanın müdafiəsində mühüm rol verdi və burada hərbi bazalar qurmaq və onları qorumaq hüququ tanındı. Danimarka Krallıq Müdafiə Kollecindən Dosent Marc Jacobsen BBC-yə açıqlamasında bildirib:
"Əgər Rusiya ABŞ-yə raket göndərsə, nüvə silahları üçün ən qısa marşrut Şimal Qütbü və Qrenlandiya üzərindən keçir. Buna görə Pituffik Hava Üssü ABŞ müdafiəsi üçün son dərəcə vacibdir".
Qrenlandiyanın təbii sərvətləri uran, dəmir, nadir torpaq metalları, qızıl, platin, mis və neft-qaz ehtiyatları ilə zəngindir. Nadir torpaq elementləri 17 metalı əhatə edir və smartfonlar, televizor ekranları və digər texnologiya məhsullarında istifadə olunur. Bölgədə sərt iqlim və qalın buz örtükləri bu resurslardan istifadəni çətinləşdirir. Bununla belə, iqlim dəyişikliyi bəzi yataqlara çıxışı asanlaşdırır. Ölkənin muxtariyyət qanunlarına görə, mədənçilik fəaliyyəti məhdudlaşdırılıb və yalnız bir neçə fəal mədən mövcuddur.
Qrenlandiya Danimarka Krallığı daxilində olan kiçik bir bölgədir və dünyanın ən az əhalisi olan yerlərindən biridir.
Qrenlandiyanın tarixi uzun və mürəkkəbdir. Avropalılarla hər hansı bir əlaqə qurulmazdan əvvəl, Kanada şimalından gələn inuitlər adaya yerləşmişdi. 985-ci ildə İslandiyadan Skandinaviyalı kolonistlər adaya gəldi, XIII əsrdə Norveç Kralına bağlılıq andı edərək adanı Norveç ərazisi etdi. 1380-ci ildə Danimarka qanuni nəzarəti əldə etdi, lakin daimi idarəni 1721-ci ildə missioner Hans Egede qurdu.
1979-cu ildə keçirilən referendumla Qrenlandiyaya muxtariyyət verildi. 2009-cu il Muxtariyyət Qanunu isə geniş səlahiyyətlər tanıyıb və müstəqillik referendumunu təşkil etmək hüququnu da əhatə edir.
Fatimə Məmmədova
15:57 17.01.2026
Oxunuş sayı: 2624