Aİ deputatı: Ermənistanın 2030-cu ilə qədər Avropa İttifaqına üzvlüyü real görünmür
Avropa Parlamentinin Lüksemburqdan olan deputatı Fernand Kartheiser Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyünün 2030-cu ilə qədər mümkün olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, O, “İzvestiya” qəzetinə verdiyi müsahibədə Ermənistanın Aİ ilə münasibətlərinin inkişaf etdiyini qeyd etsə də, üzvlük məsələsinin hələ də əsasən nəzəri xarakter daşıdığını vurğulayıb.
Kartheiserin sözlərinə görə, Ermənistanın coğrafi mövqeyi və regiondakı mürəkkəb münasibətlər bu prosesi çətinləşdirir. O əlavə edib ki, Aİ ilə Ermənistan arasında əlaqələr son illərdə güclənsə də, yaxın perspektivdə üzvlük real deyil.
11:48 02.06.2026
Oxunuş sayı: 56