Kanada milyardlıq F-35 planını dəyişir – Yeni seçim ORTAYA ÇIXIR
Kanada hökuməti ABŞ istehsalı olan F-35 qırıcılarının sifariş sayını azaltmaq və alternativ olaraq İsveç istehsalı “Qripen” döyüş təyyarələrinin alınması imkanını nəzərdən keçirir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ottava Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi proqramı çərçivəsində müxtəlif variantları dəyərləndirir. Məlumata görə, Kanada hakimiyyəti daha əvvəl bağlanmış F-35 müqaviləsinin şərtlərini yenidən gözdən keçirərək daha sərfəli və çevik həll yolları axtarır.
Müzakirə edilən əsas alternativlərdən biri İsveçin “Saab” şirkəti tərəfindən istehsal olunan “Qripen” qırıcılarıdır. Bu təyyarələr nisbətən aşağı istismar xərcləri və texniki xidmət üstünlükləri ilə seçilir.
Qeyd edək ki, Kanada daha əvvəl ABŞ şirkəti “Lokhid Martin”dən onlarla F-35 qırıcısı almaq barədə müqavilə imzalayıb. Bununla belə, ölkə hökuməti müdafiə ehtiyacları və maliyyə imkanlarını nəzərə alaraq proqramın gələcəyini yenidən qiymətləndirir.
13:05 02.06.2026
Oxunuş sayı: 51