İran mediası Pezeşkianın istefası ilə bağlı iddiaları təkzib edib
İranın “Khabar Online” saytı İran prezidenti Məsud Pezeşkianın istefası ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, nəşr bu iddiaları psixoloji müharibənin bir hissəsi kimi qiymətləndirib və bəzi xarici media qurumlarının prezidentin İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə fikir ayrılığı səbəbindən istefa verəcəyi barədə məlumat yaydığını qeyd edib.
Məqalədə vurğulanıb ki, Məsud Pezeşkian prezident seçildiyi gündən dövlət qurumları və SEPAH ilə əməkdaşlıq və dialoq xətti aparıb, bu səbəbdən qarşıdurma iddiaları həqiqəti əks etdirmir.
Nəşr həmçinin bildirib ki, belə xəbərlərin məqsədi dövlət institutları arasında parçalanma görüntüsü yaratmaq və ictimai rəyə təsir göstərməkdir.
12:12 02.06.2026
Oxunuş sayı: 52