Rusiya Dnepropetrovsk vilayətinə hücum edib- 6 ölü, onlarla yaralı var
Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinə gecə saatlarında həyata keçirdiyi hücum nəticəsində 6 nəfər həlak olub, 36 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, məlumata görə, zərbələrdən sonra şəhərdə iki və dördmərtəbəli yaşayış binaları qismən dağılıb, bir sıra biznes obyektləri zərər görüb, qarajlar və avtomobillər sıradan çıxıb.
Yanğınsöndürmə və xilasetmə xidmətlərinə də ziyan dəyib. Rəsmilər bildiriblər ki, dağıntılar altında insanların qalmış ola biləcəyi ehtimal edilir və axtarış-xilasetmə işləri davam etdirilir.
11:33 02.06.2026
Oxunuş sayı: 50