Yəmən Səudiyyə rəhbərliyindəki koalisiyadan hərbi yardım istəyib
Yəmən Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi ölkənin şərqində yerləşən Hadramaut əyalətində əhalinin təhlükəsizliyinin təmin olunması üçün Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyadan hərbi yardım istəyib.
Crossmedia.az bu barədə Yəmənin SABA dövlət xəbər agentliyinə istinadən xəbər verir.
Bu barədə açıqlama verən rəsmi şəxs bildirib ki, əl-Əlimi koalisiya qüvvələrini legitim Yəmən hökumətinə dəstək göstərməyə çağırıb.
“Rəhbərlik Şurasının sədri və Silahlı Qüvvələrin Ali Baş Komandanı koalisiya qüvvələrindən Hadramaut əyalətində mülki əhalinin qorunması və vəziyyətin sabitləşdirilməsi məqsədilə Yəmən Silahlı Qüvvələrinə yardım göstərmək üçün bütün zəruri hərbi tədbirləri görməyi xahiş edib”— deyə rəsmi mənbə qeyd edib.
Məlumata görə, müraciət Cənub Keçid Şurasına bağlı separatçı qüvvələrin bölgədə fəallaşması fonunda edilib.
Günel Verdiyeva
11:40 27.12.2025
Oxunuş sayı: 4149