Türkiyə İsrailin Somalilandın müstəqilliyini tanımasını kəskin pislədi
Türkiyə İsrailin özünü elan etmiş Somaliland Respublikasının müstəqilliyini rəsmən tanımaq qərarını qətiyyətlə pisləyib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Ankara bu addımı beynəlxalq hüquqa zidd və regional sabitliyə təhdid kimi qiymətləndirib.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib ki, Benyamin Netanyahu hökumətinin bu qərarı qlobal qeyri-sabitliyə aparan “qanunsuz addımların yeni nümunəsi”dir.
Rəsmi Ankara İsrailin Somalilandı tanımaqla Somalinin daxili işlərinə müdaxilə etdiyini vurğulayaraq, Somalinin suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini bəyan edib.
Nəzrin Abbas
09:37 27.12.2025
Oxunuş sayı: 5843