Çində S-300 zenit-raket komplekslərinin əhəmiyyəti azalır
Çin son onilliklər ərzində S-300 ailəsinə aid zenit-raket komplekslərindən ibarət geniş hava hücumundan müdafiə (HHM) parkı formalaşdırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, 1993–2010-cu illər arasında imzalanmış beş müqavilə çərçivəsində Çin Rusiyadan ümumilikdə 8 divizion S-300PMU, 12 divizion S-300PMU-1 və 16 divizion S-300PMU-2 satın alıb. Beləliklə, ölkənin arsenalında ümumilikdə 36 S-300 divizionu yer alıb. Hər bir divizyonda 3 batareya, hər batareyada isə 4 buraxıcı qurğu mövcuddur.
Lakin hazırda bu zenit-raket kompleksləri Çin HHM sistemi üçün tədricən əvvəlki strateji əhəmiyyətini itirməyə başlayır. Bunun əsas səbəblərindən biri Çinin hava hücumundan müdafiə sistemini vahid, fasiləsiz və yüksək səviyyədə avtomatlaşdırılmış struktur kimi qurmasıdır.
Eyni zamanda, Çin hərbi-sənaye kompleksi S-300-lə oxşar texnoloji imkanlara malik yerli zenit-raket komplekslərini, o cümlədən müxtəlif HQ-9 variantlarını artıq mənimsəyib. Bu sistemlər kütləvi istehsal olunur və beynəlxalq bazarlara da ixrac edilir.
Bu amillər fonunda S-300 komplekslərinin Çin üçün əvəzolunmazlığı və nisbi üstünlükləri tədricən azalır.
14:55 23.12.2025
Oxunuş sayı: 3377