Qırğızıstan Pakistanla JF-17 Block 3 qırıcılarının alınmasını müzakirə etdi
Qırğızıstan prezidenti Sadır Japarov rəsmi səfər çərçivəsində Pakistana gedib. Səfər zamanı o, Pakistanın müdafiə naziri və ölkə prezidentilə görüşərək iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə edib. Görüşün əsas mövzularından biri Qırğızıstanın Pakistan istehsalı olan JF-17 Block 3 tipli qırıcı təyyarələrini əldə etməsi olub. Məlumata görə, Qırğızıstan bu təyyarələrdən 10 ədəd sifariş etməyi planlaşdırır.
Crossmedia.az bildirir ki, tərəflər müzakirələrdə yalnız qırıcıların alınmasını deyil, həmçinin texniki dəstək, pilotların hazırlanması və gələcəkdə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi kimi məsələləri də gündəmə gətiriblər. Pakistan tərəfi Qırğızıstanla müdafiə sənayesi istiqamətində əlaqələrin gücləndirilməsinə hazır olduğunu bildirib.
11:20 11.12.2025
Oxunuş sayı: 1394