“Widow's Bay” Emmy mükafatlarında rekorda imza atdı
ABŞ-nin Los-Anceles şəhərində 78-ci “Primetime Emmy” mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, mərasimə 14 mükafat qazanan “Widow's Bay” serialı damğa vurub və bununla da bir mövsümdə ən çox “Emmy” qazanan ekran işi rekordunu müəyyənləşdirib. Serial “Ən yaxşı komediya serialı” seçilib, aktyor Metyu Ris isə komediya serialında “Ən yaxşı kişi aktyor” mükafatına layiq görülüb.

Metyu Ris “The Beast in Me” mini-serialındakı roluna görə də mükafat qazanaraq eyni mərasimdə iki baş rol mükafatı alan ilk aktyor olub. “Hacks” serialındakı performansına görə Jan Smart isə karyerasında beşinci dəfə “Ən yaxşı qadın komediya serialı aktyoru” mükafatını əldə edib və üç mövsümdən çox davam edən serialda hər mövsüm “Emmy” qazanan ilk aktyor kimi tarixə düşüb.
00:45 16.09.2026
Oxunuş sayı: 40