Sofiyada hökumət əleyhinə kütləvi etiraz aksiyası keçirilib
Bolqarıstanın paytaxtı Sofiyanın mərkəzində minlərlə insan hökumətin istefası tələbi ilə küçələrə çıxıb. Etirazçılar “hakimiyyət üçbucağı” adlanan əraziyə və Bolqarıstan Milli Bankının binası qarşısına toplaşıblar. Aksiya əsasən sakit keçib və ciddi insident qeydə alınmayıb.
Bu barədə Crossmedia.az BNT Novini-yə istinadən xəbər verir.
Polis tərəfindən 30-dan çox şəxs saxlanılıb. Onların üzərində bıçaq, kastet, pirotexniki vasitələr, narkotik maddələr və böyük miqdarda pul aşkarlanıb. Mitinqin rəsmi başa çatmasından sonra bəzi iştirakçılar qısa müddətə “Orlov körpüsü”ndə nəqliyyatın hərəkətini dayandırıblar.
Etiraz zamanı parlament binasının fasadında “İstefa”, “Mafiya rədd olsun” və “Ədalətli seçkilər üçün” kimi lazerlə yazılmış şüarlar görünüb. Müxalifət nümayəndələri hökuməti istefaya çağırıb. Aksiyaya daha əvvəl “Rakovski” küçəsini bağlayan tələbələr də qoşulublar.
Türkanə Məşədiyeva
11:08 11.12.2025
Oxunuş sayı: 1385