Dronlar hücum etdi - Paşinyan Moskvaya enə bilmədi
Ermənistanın baş naziri Nikol Paşinyanın da olduğu təyyarə Moskva üzərində hava məkanının bağlanması səbəbilə paytaxtda enə bilməyib və məcburi olaraq Sankt-Peterburqa yönləndirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Moskvaya Ukrayna tərəfindən edilən PUA hücumu nəticəsində hava məkanı müvəqqəti bağlanıb. Məlumata görə, Paşinyanın ACJ319 tipli hökumət təyyarəsi Tver vilayəti üzərində təxminən bir saat dövrə vuraraq eniş üçün icazə gözləyib, lakin icazə verilmədiyi üçün ehtiyat hava limanına – Pulkovo aeroportuna göndərilib.
Təyyarə gecə saat 01:00 radələrində Sankt-Peterburqda uğurla eniş edib.
Nigar Yahyazadə
11:05 11.12.2025
Oxunuş sayı: 1405