ABŞ Venesuela sahillərində neft tankerini saxladı
ABŞ Venesuela sahillərində neft daşıyan tankeri ələ keçirib. Bunu ABŞ-ın prezident Donald Tramp açıqlayıb. Onun sözlərinə görə, Vaşinqton tankerin Venesueladan və İrandan neft daşınmasında iştirak etdiyindən şübhələnir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir. ABŞ xüsusi xidmət orqanları tankerin beynəlxalq sanksiyaları pozduğu ehtimalını araşdırır. Hadisə regionda enerji ticarəti və sanksiya rejiminin icrası ilə bağlı gərginliyi yenidən gündəmə gətirib.
Rəsmi qurumlar əlavə məlumatın yaxın günlərdə yayıla biləcəyini bildiriblər.
Sevinc Yarməmmədova
10:58 11.12.2025
Oxunuş sayı: 1234