Tramp Zelenskini reallığa uyğun davranmağa çağırdı
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə çağırış edərək onu daha realist mövqe tutmağa səsləyib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
“Düşünürəm ki, Zelenski realist olmalıdır. Ukraynalıların 82 faizi razılaşma bağlanmasını tələb edir. Onlar bu münaqişənin razılaşma ilə başa çatmasını istəyirlər”, — deyə ABŞ Prezidenti Donald Tramp bildirib.
O, həmçinin qeyd edib ki, Ukrayna hər həftə minlərlə insanını itirir və ukraynalılar bu itkilərin dayanmasını arzulayır.
Tramp əlavə edib ki, Ukraynada seçkilərin keçirilməməsi ölkənin demokratikliyi barədə suallar doğurur. O, bir daha Kiyevin “müharibədən seçkiləri keçirməmək üçün istifadə etdiyini” vurğulayıb.
Türkanə Məşədiyeva
10:47 11.12.2025
Oxunuş sayı: 1458