Tailand–Kamboca sərhədində toqquşmalar: Həlak olanların sayı artır
Tailandla Kamboca sərhədində baş verən silahlı toqquşmalar nəticəsində Kambocada azı 10 sakin həlak olub, 60-a yaxın insan yaralanıb. Qurbanlar arasında azyaşlı uşaq da var.
Crossmedia.az xəbər verir ki, bu barədə Kambocanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Tailand Müdafiə Nazirliyi bildirir ki, toqquşmalarda Tailand hərbçiləri arasında itki sayı 9-a çatıb, daha 120 nəfər yaralanıb.
Qarşıdurmalar 7 dekabrda atıcı silahlardan istifadə olunmaqla başlayıb. Kamboca qüvvələrinin Tailand mövqelərini artilleriya atəşi ilə vurmasına cavab olaraq Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturlarına zərbələr endirib. Hər iki tərəf bir-birini ağır silahlardan istifadə etməkdə ittiham edir.
Nəzrin Abbas
10:23 11.12.2025
Oxunuş sayı: 1334