Avropa liderləri Tramp üzərində təsir gücünə malik deyil
Son bir həftənin hadisələri Avropa liderlərinin bütün səylərinə baxmayaraq, ABŞ Prezidenti Donald Trampa təsir edə bilmədiyini açıq şəkildə göstərib. Tramp Avropanı sərt şəkildə tənqid edir və onun mövqeyini nəzərə almır.
Crossmedia.az bu barədə Time nəşrinə istinadən xəbər verir.
Məqalədə bildirilir ki, ABŞ-nin təqdim etdiyi yeni sülh planı Avropada “Rusiyanın prezidenti Vladimir Putinə güzəşt” kimi qəbul olunub. Bundan başqa, Tramp Politicoya müsahibəsində Avropanı Ukrayna istiqamətində fəaliyyətsizlikdə ittiham edib.
Time qeyd edir ki, Tramp Avropanı Ukrayna üzrə danışıqlardan tamamilə kənarlaşdırıb və hazırda Avropanın vəziyyəti olduqca məhdudiyyətlidir.
“Bu, Avropa üçün dəhşətli zamanlardır. Ukraynada cəbhədəki ağır təzyiq, Rusiyanın Avropa hava məkanına müdaxilələri və Ağ Evin Kremlə yaxınlaşması fonunda Avropa liderlərinin yeganə yolu iki atın üstündə eyni anda getməyə çalışmaqdır. Ümid edirlər ki, yıxılmayacaqlar. Artıq Avropanın taleyi öz əllərində deyil”— deyə məqalədə vurğulanır.
Günel Verdiyeva
10:18 11.12.2025
Oxunuş sayı: 1187