Paşinyan: Ermənistanın hədəfi Aİ-yə üzvlükdür, amma hələlik Aİİ-dən çıxış gündəmdə deyil
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin strateji istiqamətini açıqlayıb: məqsəd Avropa İttifaqına üzv olmaqdır, lakin bu, yaxın müddətdə Avrasiya İqtisadi İttifaqından çıxış demək deyil.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Paşinyan bildirib ki, eyni anda həm orada, həm burada olmaq mümkün deyil: ‘’Amma bu gün qərar vermək zərurəti yoxdur. Zərurət yoxdursa, niyə tələsək?”
Almaniyaya səfərdən sonra Paşinyan Moskvaya yollanacaq və Aİİ Hökumətlərarası Şurasının iclasında iştirak edəcək. O, yanaşmaların ziddiyyət təşkil edib-etməməsi ilə bağlı suallara da cavab verib:
“Biz Aİ ilə münasibətləri dərinləşdiririk, amma buradan Moskvaya gedirəm. Bu, uzlaşırmı? Reallıqda bəli. Bir gün həqiqi uyğunsuzluq yaranarsa, onda hansı qərarı verəcəyimizi düşünərik”.
Sevinc Yarməmmədova
10:15 11.12.2025
Oxunuş sayı: 1004