Ukrayna səfiri İsrail XİN-ə çağırıldı
Ukraynanın İsraildəki səfiri Yevhen Korniychuk İsrail Xarici İşlər Nazirliyinə çağırılıb. Bu addım səfirin İsrail Baş naziri Benyamin Netanyahunun Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarının əhəmiyyətinə dair verdiyi tənqidi açıqlamalardan sonra atılıb.
Bu barədə Crossmedia.az Ynet saytına istinadən xəbər verir.
İsrail XİN-də ukraynalı diplomata onun bu fikirlərinin “tamamilə yolverilməz” olduğu və “diplomatik protokolu pozduğu” bildirilib.
Hadisə iki ölkə arasında diplomatik gərginliyin artdığı bir dövrə təsadüf edir.
Türkanə Məşədiyeva
09:38 11.12.2025
Oxunuş sayı: 1051