Özbəkistan humanoid robotların istehsalına başlayacaq
Özbəkistanda humanoid robotların istehsalı rəsmən başlanır. 2025-ci il dekabrın 9-da “Uzeltekhsanoat” Assosiasiyası ilə Cənubi Koreyanın Robotis şirkəti arasında birgə layihəyə dair memorandum imzalanıb. Sənədə əsasən, robot istehsalı üçün Daşkənddə 66 min kvadratmetr sahə ayrılacaq.
Crossmedia.az bu barədə Özbəkistan mediasına istinadən xəbər verir.
Memorandum həmçinin yeni sahə üçün mütəxəssis hazırlığı sisteminin yaradılmasını da nəzərdə tutur. Danışıqlarda Özbəkistan hökumətinin nümayəndələri, o cümlədən Nazirlər Kabineti sədrinin müavini Camşid Xucayev iştirak edib. Rəsmi Daşkənd layihəni dövlət proqramları çərçivəsində dəstəkləməyə hazır olduğunu bildirib.
1999-cu ildə Seulda təsis olunan Robotis şirkəti modul robototexnika sistemləri və avtonom servis robotları üzrə ixtisaslaşır.
Yeni texnologiyalar Özbəkistan və bütün Türküstan regionuna daxil olur – bu, bölgə üçün yeni texnoloji dövrün başlanğıcı kimi qiymətləndirilir.
Günel Verdiyeva
20:35 10.12.2025
Oxunuş sayı: 946