Volqoqrad hava limanında uçuşlara müvəqqəti məhdudiyyət
Litva Xarici İşlər Nazirliyi dekabrın 9-da Belarusun müvəqqəti işlər vəkilini çağıraraq ona etiraz notası təqdim edib. Səbəb kimi Belarus hava şarlarının Litvanın hava məkanını pozması və Aİ-yə məxsus əmlakın Belarus tərəfindən qanunsuz ələ keçirilməsi göstərilib.
Crossmedia.az bu barədə İzvestiya-ya istinadən xəbər verir.
Son aylarda Litva–Belarus sərhədində vəziyyət gərginləşib. Litva oktyabrda sərhədi tam bağlayıb və nəticədə minlərlə yük maşını yolda qalıb. Vilnüs Aİ-dən həm Belarusdan qalan yük maşınlarının geri qaytarılması, həm də qaçaqmal siqaret daşıyan meteoroloji balonların uçuşlarının dayandırılması üçün dəstək istəyib.
Minsk isə ittihamları rədd edir və əksinə Litvanı sərhəd gərginliyindən siyasi məqsədlər və Aİ-dən maliyyə əldə etmək üçün istifadə etməkdə günahlandırır.
Səriyyə Tağıyeva
20:10 10.12.2025
Oxunuş sayı: 915