Aİ Ukrayna üzrə növbəti danışıqları yaxın günlərdə keçirəcək
Avropa İttifaqı yaxın günlərdə Ukrayna ilə bağlı növbəti “koordinasiya danışıqları” planlaşdırır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Mertz bildirib.
Mertz vurğulayıb ki, Avropanın təhlükəsizlik maraqları qorunmalıdır və Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinə sadiqdir.
Eyni zamanda, ABŞ administrasiyası Vaşinqtonun sülh planına Ukraynadan tez cavab almağa çalışır. “Financial Times” xəbər verir ki, ABŞ prezidenti Milad bayramına qədər razılığa gəlmək və Zelenskiyə cavab vermək üçün bir neçə gün vaxt ayırıb. Lakin Avropa rəsmiləri əsas məsələlər üzrə fikir ayrılıqlarının həllinin həftələr və ya aylar çəkə biləcəyini qeyd edirlər.
18:15 10.12.2025
Oxunuş sayı: 1325