Rusiyalı diplomat Nebenzya: Ukrayna Qərblə Rusiya arasında geosiyasi alver obyektinə çevrilib
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Kiyev hakimiyyəti Ukraynanı Qərb və Rusiya arasındakı qarşıdurmada alver vasitəsinə çevirib.
Crossmedia.az "İzvestiya"-ya istinadən xəbər verir ki, o, bu fikri BMT Təhlükəsizlik Şurasının iclasında səsləndirib.
Nebenzya qeyd edib ki, Kiyev rejimi ölkəni yoxsulluğa və daxili münaqişəyə sürükləməklə kifayətlənməyib, həmçinin Ukraynanı geosiyasi sövdələşmələrə çevrilən bir obyekt halına gətirib. Onun sözlərinə görə, Rusiya xüsusi hərbi əməliyyatın məqsədlərinə dinc yolla nail olmağa hazır olduğunu dəfələrlə bəyan etsə də, NATO ölkələrinin siyasəti Avropa təhlükəsizliyində böhran yaradıb.
Rusiyalı diplomat əlavə edib ki, münaqişənin həlli ilə bağlı hər yeni təklif Ukrayna üçün əvvəlkindən daha ağır nəticələr doğurur, lakin Moskva istənilən halda öz məqsədlərinə çatacağını düşünür. O, bildirib ki, bu məqsədlərə hərbi, yoxsa diplomatik yolla nail olunacağı açıq qalsa da, hazırda diplomatik imkanlar üçün ciddi əsaslar görünmür.
Türkan Kərimli
23:50 09.12.2025
Oxunuş sayı: 989