Moiseyev: Arktikada vəziyyət Qərbin addımları səbəbindən pisləşir
Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Aleksandr Moiseyev bildirib ki, Arktikada vəziyyət Qərbin fəaliyyəti səbəbindən gərgin olaraq qalır və tədricən daha da pisləşir. Onun sözlərinə görə, regionda əməkdaşlıq əvəzinə mümkün münaqişələrdən danışılır və xarici hərbi mövcudluq artmaqda davam edir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Moiseyev Arktikada Rusiya qarşı anti-Rusiya tendensiyalarının gücləndiyini və bu səbəbdən Moskvanın regionda suverenlik və iqtisadi inkişafla bağlı vəzifələrinin daha da önəm qazandığını qeyd edib.
O xatırladıb ki, prezident Vladimir Putin daha əvvəl Arktikada Rusiyanın mövqeyinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Son aylarda həmçinin hökumət rəsmiləri regionun inkişafının ölkənin logistik imkanlarına və şimal bölgələrində sosial-iqtisadi vəziyyətə ciddi təsir etdiyini bildiriblər.
21:12 09.12.2025
Oxunuş sayı: 1061