Tramp Avropa liderlərini “zəif” adlandırıb
ABŞ prezidenti Donald Tramp Avropa liderlərini “zəif” adlandıraraq tənqid edib və ABŞ-nin Ukraynaya dəstəyini azalda biləcəyini bildirib. O, Avropanın miqrasiyaya nəzarət edə bilmədiyini və Ukraynanın Rusiya ilə müharibəsini dayandırmaq üçün kifayət qədər addım atmadığını iddia edib.
Crossmedia.az "BBC"-ə istinadən xəbər verir ki, Tramp həmçinin Ukrayna prezidenti Volodimir Zelenskini ərazini Moskvaya verməklə “top oynamağa” çağırıb. Onun sözlərinə görə, ideoloji parçalanmalar Vaşinqtonun ittifaqlarını parçalamaqla təhdid edir.
Trampın açıqlamaları Ukraynadakı müharibəni dayandırmaq üçün Zelenskiyə və Kiyevin müttəfiqlərinə təzyiqi artırmaq məqsədini daşıyır. Eyni zamanda, ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyası Avropanın etibarlı müttəfiq olub-olmayacağı barədə suallar doğurub.
Türkan Kərimli
20:41 09.12.2025
Oxunuş sayı: 1244