Paşinyan və Ştaynmayer Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər
Ermənistanın Baş naziri Nikol Paşinyan və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer arasında görüş keçirilib. Söhbət zamanı əsas müzakirə mövzusu Cənubi Qafqazda sülh gündəminin irəlilədilməsi olub.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tərəflər regionda sabitliyin möhkəmləndirilməsi, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh sazişinin imzalanmasına dəstək məsələlərini diqqətə çatdırıblar. Almaniya tərəfi prosesin davamlı olmasının vacibliyini vurğulayıb.
Görüşdə həmçinin Ermənistan və Almaniya arasında ikitərəfli əlaqələrin genişləndirilməsi müzakirə edilib. Siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlıq imkanlarının artırılması və Ermənistanın Avropa İttifaqı ilə tərəfdaşlığının genişləndirilməsi məsələlərinə toxunulub.
Türkanə Məşədiyeva
20:30 09.12.2025
Oxunuş sayı: 1036