İsrail ordusu Xan Arnaba kəndinə daxil olub
İsrail ordusu Suriyanın Xan Arnaba kəndinə daxil olaraq post qurub. Lakin yerli sakinlərlə toqquşmadan sonra İsrail Müdafiə Qüvvələri geri çəkilib.
Crossmedia.az xəbər verir ki, bölgədən gələn son məlumatlara görə, Suriya hökumət qüvvələri Xan Arnaba kəndinə daxil olmağa başlayıb.
Hadisə bölgədə gərginliyin artmasına səbəb olub və hər iki tərəfin hərəkətləri diqqətlə izlənilir.
Türkan Kərimli
20:15 09.12.2025
Oxunuş sayı: 1227