Macarıstan AB-nin enerji qadağasına etiraz edəcək
Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, ölkə bu ay Avropa Birliyi Ədalət Məhkəməsinə iddia qaldıracaq. Ölkə AB Şurasının 18-19 dekabr tarixlərində qəbul etməsi gözlənilən Rusiya neft və qaz idxalına tam qadağa qərarına etiraz edəcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə işinin nəticəsi həll olunmaya da bilər. Macarıstanda 2026-cı ilin aprelində parlament seçkiləri keçiriləcək, bu isə Baş nazir Viktor Orbanın hakimiyyətdən getməsi ilə nəticələnə bilər.
Nazir Siyarto əlavə edib ki, hazırkı Macarıstan müxalifəti AB rəhbərliyi ilə qarşıdurmaya meylli deyil və prosesin diplomatik yollarla həll olunmasını üstün tutur.
19:57 09.12.2025
Oxunuş sayı: 1055