İsrail hökuməti gələn il İrana qarşı əməliyyata hazırlaşır
Avropa rəsmilərinin məlumatına görə, Benyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hökuməti gələn il İrana qarşı təkrar əməliyyat icazəsi verəcək. Onların fikrincə, buna səbəb Tehranın nüvə məsələsində möhkəm saxladığı “müharibə yoxdur, sülh yoxdur” mövqeyi ola bilər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, “Nezavisimaya Gazeta”nın məlumatına görə, İran xüsusilə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın ABŞ-yə səfəri zamanı mülki məqsədlər üçün nüvə enerjisinin inkişafına kömək etmək üzrə razılaşma əldə etməsinə baxmayaraq, sülh məqsədləri üçün uranı zənginləşdirmək hüququnda israr edir.
Avropa rəsmiləri hesab edirlər ki, bu vəziyyət İsrailin növbəti əməliyyatını tezləşdirə və regionda gərginliyi artıraraq təhlükəsizlik məsələlərini aktuallaşdıra bilər.
19:50 09.12.2025
Oxunuş sayı: 1399